Yaşayış binasında yanğın, 30 nəfər zərər çəkib
14 iyun, 2017 09:35
Londonda çoxmərtəbəli yaşayış binasında baş vermiş yanğında ən azı 30 nəfər zərər çəkib.
1news.az AP agentliyinə istinadla xəbər verir ki, onlar tüstüdən zəhərləniblər. Şəhər təcili yardım xidmətindən verilən məlumata görə, zərərçəkmiş şəxslər xəstəxanaya yerləşdirilib.
Güclü yanğın Londonda Grenfell Tower-də yaşayış binasında baş verib. Hadisə yerinə 40 yanğınsöndürən maşın, xidmətin 200 əməkdaşı və tibbi yardım əməkdaşları cəlb olunub.
Pərvanə Sultanova