Xəbərlər

OPEC-in baş katibi: Natiq Əliyev Vyana sazişinin əsas memarlarından idi
14 iyun, 2017 15:44

Mərhum energetika naziri, "Şöhrət" ordenli, Əməkdar Mühəndis Natiq Əliyevin vəfatı ilə bağlı enerji nazirləri, beynəlxalq enerji şirkətləri və diplomatik nümayəndəliklərin adından Energetika Nazirliyinə, mərhumun ailəsinə və yaxınlarına ünvanlanmış başsağlığı məktubları gəlməkdədir.

1news.az-a Energetika Nazirliyinin mətbuat xidmətindən verilən xəbərə görə, OPEC-in baş katibi Məhəmməd Sanusi Barkindo öz adından və kartelin Katibliyi adından N.Əliyevin vaxtsız vəfatından kədərləndiyini ifadə edərək, nazir həmkarları üzərində onun böyük təsiri olduğu bildirilib.

"Zati-alilərinin rəhbərlik və müdriklik kimi keyfiyyətləri nazir dostları və həmkarları arasında ona böyük nüfuz qazandırmış idi.

Bu xüsusiyyətləri və diplomatik səyləri 2016-cı ilin ikinci yarısında aparılan neft müzakirələrində, ötən ilin dekabrında OPEC və qeyri-OPEC ölkələrinin tarixi əməkdaşlığına nail olunmasında, eləcə də may ayında sazişin uzadılması zamanı mühüm rol oynayıb. Natiq Əliyev bu tarixi qərarın əsas memarlarından biri idi".

S.Xankişiyeva

Heydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə Azərbaycan
Kaş ki, səni sevməyəydim 1
652021
Kaş ki, səni sevməyəydim 2
652022
Kaş ki, səni sevməyəydim 3
652023
Kaş ki, səni sevməyəydim 4
652025
Kaş ki, səni sevməyəydim 5
652026
Kaş ki, səni sevməyəydim 6
652027
Kaş ki, səni sevməyəydim 7
652028
Kaş ki, səni sevməyəydim 8
652029
Kaş ki, səni sevməyəydim 9
652030
Kaş ki, səni sevməyəydim 10
652031
NəzrinNəzrin
AydanAydan
AyxanAyxan
FərarFərar
BəylərNəzrinin övladı
BecanBecan
BarıBarı
"Kaş ki, səni sevməyəydim"
filminə məşhurların rəyləri.