Xəbərlər

Azan səsinə qarşı çıxan birlik sədri: Bu mənim düşmənlərimin işidir
13 iyun, 2017 14:05

“Uşaq və Tələbə Gənclər Dünyası” İctimai Birliyinin sədri Bəxtimşah Tağıyevanın şəxsi “Facebook” hesabında azanla bağlı fikirləri cəmiyyətdə birmənalı qarşılanmayıb.

Belə ki, təşkilat sədri iyunun 12-də aşağıdakı məzmunda status paylaşıb:

“Kim nə deyir desin, mən gecə yarı mikrafonla azan səsi eşitmək istəmirəm. Xəstə var, başqa dinlər var, uşaq var. Onları niyə yarımxəstə etməlidirlər ki. Uşaq yatızdırmaq asandır bəyəm”.

B.Tağıyevanın bu statusu onu oxuyanlar tərəfindən etirazla qarşılanıb, bəzi şəxslər isə onu tənqid ediblər.

Az sonra B.Tağıyeva yeni status paylaşaraq azan səsinə qarşı çıxmasının yalan olduğunu və həmin statusun onun adından başqası tərəfindən yazıldığını bildirib. O, qeyd edib ki, bu gün onun “Facebook” səhifəsinin parolunu ələ keçiriblər:

“Bu gün mənim adımdan feysde parolumu qırıb azan səsini eşitmək istəmirəm yazıblar. Mən məşədixanımam və dinimə, dilimə hörmət edirəm. Kimlər başqa cür anlayırsa, öz işidir. Bu qədər hay-küy salmağa əsas yox. Dinlərini, məzhəblərini dəyişirlər. Niyə səsiniz çıxmır? Mənim yetimlərə etdiyim yaxşılıqları edin sonra haqqınız olsun söz deməyə”.

Qeyd edək ki, B.Tağıyevanın bu statusundan sonra onun “Facebook” səhifəsindəki bütün xəbərlər silinib.

İlahiyyat üzrə fəlsəfə doktoru Elşad Mahmudov məsələ ilə bağlı 1news.az-a açıqlamasında bildirib ki, azan səsi İslamın ən təməl rəmzlərindən, bir ölkənin İslam dininə etiqad etməsinin ən böyük göstəricilərindən biridir:

“Əhalisinin çoxu müsəlman olan digər ölkələr kimi, Azərbaycanda da əhalinin böyük əksəriyyəti İslam dininə etiqad etdiyi üçün bizdə də azan oxunmasına icazə verilir.

Azanın mahiyyəti, mənası, tərkibi Allahın böyüklüyünü, həzrəti Məhəmmədin (s.ə.s) peyğəmbər olmasını ifadə etməklə yanaşı, insanları sülhə, qurtuluşa, nicata, namaza səsləyir. Eyni zamanda azanın həm dini, həm də dünyəvi nöqteyi-nəzərdən bir çox faydaları var. Dünyanın tolerant, multikultural ölkələrində insanların inanc dünyasını təşkil etdiyi üçün azanın oxunmasına icazə verilir”.

Azanın qəbul edilib-edilməməsinə gəlincə, bunun insanların inanc dünyası ilə yaxından əlaqəli olduğunu deyən E.Mahmudovun sözlərinə görə, inanclı insanlar heç vaxt azana qarşı çıxmazlar:

“İnsan var ki, inanclıdır və gündə beş dəfə azan səsini eşitmək, övladlarının da bu səsin sədaları altında böyüməsini istəyir. Bu, onlar üçün sevindirici bir haldır. Yəni, onlar heç bir halda azan səsinin gəlməsinə etiraz etməzlər.

Elə insanlar da var ki, azan onların inan dünyası xaricində olduğu üçün bu səsin gəlməsini istəmirlər. Nəticə etibarilə biz dünyəvi və demokratik bir ölkədə yaşayırıq. Kim istəyir inanır, istəməyən də etiraz edə bilər”.

Azan səsinin səsgücləndiricilər vasitəsilə verilməsinə də toxunan E.Mahmudov, bunun normal bir hal olduğunu və hazırda əksər müsəlman ölkələrində azanın səsgücləndiricilər vasitəsilə verildiyini bildirib:

“Əvvəlki dövrlərdə texnologiya inkişaf etmədiyindən insanları namaza dəvət etmək üçün azan məscidlərin minarələrindən canlı səslə verilirdi. Şəhərlər böyüdükcə isə azan səsini canlı deyl, səsgücləndiricilərdən istifadə etməklə verməyə başladılar və bu da hamı tərəfindən qəbul olundu. Hazırda əksər müsəlman ölkələrində azan səsgücləndiricilər vasitəsilə verilir.

Ola bilsin ki, bəzi məscidlərdə azan çox yüksək səslə verilsin və bu da bəzi insanlarda narahatlıq yaratsın. Belə olan halda səsgücləndiricilərin səsinin tənzimlənməsi mümkündür. Lakin azan səsinə qarşı çıxıb onun ləğv edilməsini tələb etmək ən azından milli-mənəvi dəyərlərimiz baxımından doğru olmazdı”.

Babək Cahandarov

Heydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə Azərbaycan
Kaş ki, səni sevməyəydim 1
652021
Kaş ki, səni sevməyəydim 2
652022
Kaş ki, səni sevməyəydim 3
652023
Kaş ki, səni sevməyəydim 4
652025
Kaş ki, səni sevməyəydim 5
652026
Kaş ki, səni sevməyəydim 6
652027
Kaş ki, səni sevməyəydim 7
652028
Kaş ki, səni sevməyəydim 8
652029
Kaş ki, səni sevməyəydim 9
652030
Kaş ki, səni sevməyəydim 10
652031
NəzrinNəzrin
AydanAydan
AyxanAyxan
FərarFərar
BəylərNəzrinin övladı
BecanBecan
BarıBarı
"Kaş ki, səni sevməyəydim"
filminə məşhurların rəyləri.