İlham Əliyev MDB üzv dövlətlərinin Bakıda səfərdə olan gömrük xidməti rəhbərlərini qəbul edib
13 iyun, 2017 16:35
İyunun 13-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Bakıda keçiriləcək Müstəqil Dövlətlər Birliyi üzv dövlətlərinin Gömrük Xidməti Rəhbərləri Şurasının 65-ci iclasında iştirak etmək üçün ölkəmizdə səfərdə olan Rusiyanın, Belarusun, Özbəkistanın, Qırğızıstanın, Tacikistanın, Qazaxıstanın gömrük xidmətlərinin rəhbərlərini və MDB İcraiyyə Komitəsinin sədrini qəbul edib.
Bu haqda 1news.az dövlət başçısının rəsmi saytına istinadla xəbər verir.
S.Xankişiyeva