Xəbərlər

Nazir: Lilsenziyaların ləğvindən sonra aşağı səviyyəli xidmət faktları ilə rastlaşdıq
12 iyun, 2017 21:26

Əfsuslar olsun ki, lisenziyaların ləğv olunmasından sonra turizm sənayesində xidmətlərin aşağı səviyyədə göstərilməsi faktları ilə rastlaşdıq.

1news.az trend-ə istinadla xəbər verir ki, bunu mədəniyyət və turizm naziri Əbülfəs Qarayev deyib.

Nazir qeyd edib ki, turizmin fəaliyyəti üçün lisenziyaların ləğv edilməsi biznes mühitinin yaxşılaşmasına doğru atılan bir addımdır. Lakin bundan sui-istifadə edənlər də olur:

"Lisenziyaların ləğvi biznesə tam sərbəstlik vermək məqsədi daşıyır. Ona görə də bu, çox düzgün addım idi və böyük inkişafa səbəb oldu. Amma istər-istəməz vəziyyətdən sui-istifadə edən insanlar da olur".

Ə.Qarayev deyib ki, belə halların qarşısını almaq təkcə dövlətin işi olmalı deyil. Turizm şirkətləri də bunun marağında olmalıdır.

Nazir qeyd edib ki, bu gün turizm müəssisələrinin fəaliyyəti üçün lisenziyanın tələb edilməməsinə baxmayaraq, hər bir şirkət öz fəaliyyətini daim təkmilləşdirməlidir: "Belə olmasa, biz dünyada gedən qlobal turizm proseslərinin arxasında qalacağıq. Ona görə də hər turizm şirkəti öz işini təkmilləşdirməyə maraqlı olmalıdır. Mən istəməzdim ki, bələdçi səhv məlumat versin, internetdə yalan məlumat yerləşdirilsin. Çünki dələduzluq faktları bizim ümumi turizm mənzərəmizə kölgə salır".

1news.az

 

Heydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə Azərbaycan
Kaş ki, səni sevməyəydim 1
652021
Kaş ki, səni sevməyəydim 2
652022
Kaş ki, səni sevməyəydim 3
652023
Kaş ki, səni sevməyəydim 4
652025
Kaş ki, səni sevməyəydim 5
652026
Kaş ki, səni sevməyəydim 6
652027
Kaş ki, səni sevməyəydim 7
652028
Kaş ki, səni sevməyəydim 8
652029
Kaş ki, səni sevməyəydim 9
652030
Kaş ki, səni sevməyəydim 10
652031
NəzrinNəzrin
AydanAydan
AyxanAyxan
FərarFərar
BəylərNəzrinin övladı
BecanBecan
BarıBarı
"Kaş ki, səni sevməyəydim"
filminə məşhurların rəyləri.