Bu ilin beş ayında Azərbaycana 958 min turist gəlib
12 iyun, 2017 17:34
Turizm sənayesi qeyri-neft sektorunda alternativ sahə kimi gündəlikdə xüsusi yer tutur. Biz bu gün Turizm Şurası olaraq həm xarici, həm də yerli vətəndaşların ölkə daxilində səmərəli vaxt keçirməsinə çalışırıq.
1news.az-ın AZƏRTAC-a istinadla verdiyi xəbərə görə, bu sözləri Turizm Şurasının dördüncü iclasında mədəniyyət və turizm naziri Əbülfəs Qarayev deyib.
“Ötən ilin beş ayında ölkəmizə 768 min, bu ilin beş ayı ərzində isə 958 min turist gəlib. Bu da ötən illə müqayisədə 158 min nəfər, yəni 24 faiz çoxdur. Azərbaycana gələn xarici ölkə vətəndaşları ötən il 40 milyon 620 min manat bank əməliyyatı ediblərsə, bu il bu rəqəm 91 milyon manat təşkil edib”, – deyə mədəniyyət və turizm naziri vurğulayıb.
S.Xankişiyeva