Azərbaycan Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentlik (ANAMA) cari ilin may ayı ərzində mina və PHS təmizlənməsi əməliyyatlarının gedişi ilə bağlı məlumat yayıb.
Agentliyin mətbuat xidmətindən 1news.az-a verilən məlumata görə, cari ilin may ayı ərzində 1 633 964 m2 ərazi yoxlanılıb, mina və partlamamış hərbi sursatdan (PHS) təmizlənib.
Aparılmış əməliyyatlar nəticəsində 404 ədəd PHS, 81 ədəd tank əleyhinə və 16 ədəd piyada əleyhinə mina aşkar edilərək zərərsizləşdirilib.
Əməliyyatlarda 489 nəfər əməliyyat heyəti və 136 nəfər inzibati heyət, həmçinin 6 mexaniki minatəmizləmə maşını və 34 minaaxtaran it iştirak edir.
Məlumata görə, indiyədək cəmi 402 398 761 m2 ərazi təmizlənib. Tapılıb zərərsizləşdirilmiş mina və PHS-lərin sayı 761 889 -dır.
May ayı ərzində mina və partlamamış hərbi sursatların tapılması üzrə 102 Xidməti Zəng Mərkəzindən 2 müraciət və FHN-nin Böhran Vəziyyətlərində İdarəetmə mərkəzindən 6 müraciət daxil olub.
Sevindirici haldır ki, bu ilin may ayı ərzində mina/PHS hadisəsi qeydə alınmayıb.
May ayı ərzində Agentlik tərəfindən təmizləmə əməliyyatları Abşeron, Ağcabədi, Ağdam, Ağstafa, Cəbrayıl, Füzuli, Gəncə, Tərtər, Qəbələ, Mingəçevir, Siyəzən rayonlarında və eləcə də Qaradağ rayonu, Güzdək qəsəbəsində həyata keçirilib.
Babək Cahandarov