Fövqəladə Hallar və Təhsil nazirlikləri birgə təlim keçirib
09 iyun, 2017 11:26
Fövqəladə Hallar və Təhsil nazirliklərinin birgə təşkilatçılığı ilə Bakı şəhəri Qaradağ rayonunda yerləşən 139 nömrəli məktəbdə yanğın təhlükəsizliyinə dair təlim keçirilib.
1news.az-ın məlumatına görə, təlimdə simulyasiya edilmiş yanğın zamanı həyəcan siqnalı verilməsi, məktəb kollektivi təhlükəsiz yerə təxliyyə edilməsi nəzərdə tutulub.
Təlimə FHN-ə məxsus xüsusi texnika, o cümlədən yanğınsöndürən və təcili tibbi yardım maşınları da cəlb edilib.
Babək Cahandarov