Xəbərlər

18-ci Dünya Su Konqresi Bakıda keçiriləcək
09 iyun, 2017 21:27

29 may - 2 iyun tarixlərində Meksika Birləşmiş Ştatlarının Kankun şəhərində 16-cı Dünya Su Konqresi (WWC) keçirilib.

1news.az-ın məlumatına görə, konqresdə iştirak etmək üçün “Azərsu” ASC-nin sədri Qorxmaz Hüseynovun rəhbərlik etdiyi nümayəndə heyəti Meksikada işgüzar səfərdə olub.

“Azərsu” ASC-nin də üzvü olduğu Beynəlxalq Su Resursları Assosiasiyası tərəfindən təşkil olunmuş tədbirdə  dünyanın 100-dən çox ölkəni təmsil edən dövlət və özəl sektorun nümayəndələri, beynəlxalq və regional təşkilatların rəhbər şəxsləri iştirak edib. Konqresdə suyun inteqrasiyalı idarə edilməsi, bu sahədə innovasiyalar və təcrübələr, su sektorunda informasiya mübadiləsi, qlobal miqyasda su ilə bağlı aktual məsələlər müzakirə olunub.

Konqresin keçirildiyi günlərdə “Azərsu” ASC-nin sədri Q.Hüseynov Beynəlxalq Su Resursları Assosiasiyasının prezidenti Patrik Lavarde, Dünya Su Şurasının prezidenti Benedito Braqa, Şuranın icraçı direktoru Tom Su, UNESCO-nun Su və ətraf mühit bölməsinin rəhbəri xanım Blanka Jimenos və digər rəsmi şəxslərlə görüşlər keçirib. Görüşlərdə su sektoru ilə bağlı qarşılıqlı maraq kəsb edən aktual mövzular ətrafında fikir mübadilələri aparılıb.

Konqresin yekununda elm və siyasətin əlaqələndirilməsini özündə ehtiva edən Kankun bəyannaməsi qəbul olunub.

Təqdirəlayiq haldır ki, son illərdə Azərbaycan dövlətinin su sektoruna verdiyi diqqət və dəstəyi, bu sahənin dinamik inkişafını, 2017-ci ilin martında keçirilmiş 1-ci Bakı Beynəlxalq Su Həftəsini və digər göstəriciləri yüksək qiymətləndirən Beynəlxalq Su Resursları Assosiasiyası 2021-ci ildə 18-ci Dünya Su Konqresinin Bakıda keçirilməsi təşəbbüsünə müsbət yanaşıb.

Babək Cahandarov

Heydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə Azərbaycan
Kaş ki, səni sevməyəydim 1
652021
Kaş ki, səni sevməyəydim 2
652022
Kaş ki, səni sevməyəydim 3
652023
Kaş ki, səni sevməyəydim 4
652025
Kaş ki, səni sevməyəydim 5
652026
Kaş ki, səni sevməyəydim 6
652027
Kaş ki, səni sevməyəydim 7
652028
Kaş ki, səni sevməyəydim 8
652029
Kaş ki, səni sevməyəydim 9
652030
Kaş ki, səni sevməyəydim 10
652031
NəzrinNəzrin
AydanAydan
AyxanAyxan
FərarFərar
BəylərNəzrinin övladı
BecanBecan
BarıBarı
"Kaş ki, səni sevməyəydim"
filminə məşhurların rəyləri.