Dövlət qulluğuna qəbulla bağlı yeni müsahibə qaydaları hazırlanıb
09 iyun, 2017 16:22
“Dövlət qulluğuna qəbulla bağlı yeni müsahibə qaydaları hazırlanıb. Milli Məclisdə “Dövlət qulluğu haqqında” qanuna dəyişikliklər qəbul edildikdən sonra həmin müsahibə qaydaları təsdiq olunacaq və biz dövlət qulluğuna qəbulu yeni müsahibə qaydaları əsasında həyata keçirəcəyik”.
1news.az-n APA-ya istinadən verdiyi xəbərə görə, bunu Dövlət İmtahan Mərkəzinin (DİM) Direktorlar Şurasının sədr müavini Bəhram Xəlilov deyib.
B. Xəlilov qeyd edib ki, dövlət qulluğuna qəbulun test mərhələsində iştirak ödənişlidir:
“Test imtahan mərhələsində iştirakın tarifləri Tarif Şurası tərəfindən təsdiq olunub. Müsahibə mərhələsində iştirakın ödənişli keçirilməsi barədə hələlik qərar qəbul olunmayıb”.
Babək Cahandarov