Bakı-Sumqayıt elektrik qatarlarının hərəkət cədvəlində dəyişiklik edilir
09 iyun, 2017 15:45
Biləcəri-Keşlə mənzilinin tək yolunda aparılan təmir işləri ilə əlaqədar olaraq, 11.06.2017-ci ildən 25.06.2017-ci ilədək - on dörd gün müddətində Bakı-Sumqayıt-Bakı elektrik qatarlarının hərəkət cədvəlində dəyişiklik ediləcək.
1news.az-a “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyəti İctimaiyyətlə əlaqələr şöbəsindən verilən məlumata əsasən, hər şənbə, bazar və bayram günləri Sumqayıtdan saat 7-00-da, Bakıdan isə saat 8-15-də yola düşən 6002/6001, Sumqayıtdan saat 7-20-da, Bakıdan isə saat 9-00-da yola düşən 6004/6003 nömrəli elektrik qatarları hərəkətdə olmayacaq.
Bakı-Sumqayıt-Bakı marşrutu ilə hərəkət edən elektrik qatarlarının hərəkət cədvəlində dəyişikliklər olduqca KİV vasitəsilə vətəndaşlara məlumat veriləcək.
S.Xankişiyeva