Avropa İttifaqı Azərbaycanın ən böyük ticarət tərəfdaşı və sərmayəçisidir.
1news.az-ın məlumatına görə, bunu Aİ-nin Şərq qonşuluğu üzrə direktoru Lourens Meredit Aİ-Azərbaycan biznes forumunda deyib. O bildirib ki, strateji tərəfdaş olan ölkələr arasında, regionda Azərbaycan ikinci ən böyük sərmayə qoyulan ölkədir.
Azərbaycanda 300-dən çox Aİ ölkələrinə məxsus şirkətin fəaliyyət göstərdiyini deyən Aİ rəsmisi Azərbaycanın bir çox sahələrdə, xüsusən də kənd təsərrüfatı sahəsində geniş imkanlarının olduğunu söyləyib.
Bu il noyabrın 21-də Şərq Tərəfdaşlığı sammitinin keçiriləcəyini diqqətə çatdıran L.Meredit nəqliyyat məsələsinin logistika çox vacib məsələ olduğunu bildirməklə yanaşı, Şərq-Qərb dəhlizinin mühüm rola malik olduğunu da vurğulayıb.
Pərvanə Sultanova