Gəncə MDB-nin tarixi şəhərləri arasında ilk beşlikdə yer alıb
08 iyun, 2017 11:35
Gəncə rusiyalı turistlər arasında populyarlığına görə, MDB-nin tarixi şəhərləri arasında ilk beşlikdə yer alıb.
1news.az-ın TurStat-a istinadla verdiyi xəbərə görə, bu barədə agentliyin yeni hesabatında məlumat verilib.
İlk beşlikdə, həmçinin Türküstan (Qazaxıstan), Səmərqənd (Özbəkistan), Buxara (Özbəkistan) və Taraz (Qazaxıstan) şəhərləri də var.
Hesabatda bildirilir ki, 2017-ci ildə MDB-nin mədəniyyət paytaxtı olan Gəncəyə hər il 400 mindən çox turist gəlir, onların böyük əksəriyyəti Rusiya vətəndaşlarıdır.
Lənkəran rusiyalı turistləri üçün 5 ən populyar kurort zonasından biridir
S.Xankişiyeva