Səhiyyə naziri Qusarda vətəndaşları qəbul edəcək
08 iyun, 2017 21:51
Səhiyyə naziri Oqtay Şirəliyev iyunun 9-da saat 11:00-da Qusar Mərkəzi Rayon Xəstəxanasında vətəndaşlar üçün qəbul keçirəcək.
1news.az-ın Səhiyyə Nazirliyinin mətbuat xidmətinə istinadən verdiyi xəbərə görə, qəbul zamanı Qusar, Quba, Xaçmaz, Şabran, Siyəzən və Xızı rayonları sakinlərinin sualları cavablandırılacaq, habelə onların şikayət və müraciətləri dinləniləcək, lazımi tədbirlər görüləcək.
Qəbula yazılmaq istəyən vətəndaşlar Qusar Mərkəzi Rayon Xəstəxanasında qeydiyyatdan keçə bilərlər.
Babək Cahandarov