Xəbərlər

Tacikistan prezidenti İlham Əliyevi təbrik edib
08 iyun, 2017 20:32

Tacikistan Respublikasının prezidenti Emoməli Rəhmon Azərbaycanla Tacikistan arasında diplomatik münasibətlər yaradılmasının 25-ci ildönümü münasibətilə Prezident İlham Əliyevə təbrik məktubu göndərib.

1news.az-ın dövlət başçısının rəsmi saytına istinadən verdiyi xəbərə görə, məktubda deyilir:

“Hörmətli İlham Heydər oğlu.

Sizi Tacikistan Respublikası ilə Azərbaycan Respublikası arasında diplomatik münasibətlər yaradılmasının 25-ci ildönümü münasibətilə səmimi qəlbdən təbrik edirəm.

Məmnuniyyətlə qeyd etmək istəyirəm ki, ölkələrimiz arasında çoxəsrlik tarixi köklərə malik olan ənənəvi dostluq və qarşılıqlı faydalı əməkdaşlıq münasibətləri bu illər ərzində daim möhkəmlənib, həm ikitərəfli, həm də çoxtərəfli əsasda səmərəli yüksəlişlə müşayiət olunub.

Biz Tacikistan-Azərbaycan əlaqələrinin yüksək səviyyəyə çatmasını qiymətləndiririk və ölkələrimizin müasir qarşılıqlı münasibətlərinin yeni praktiki məzmun kəsb etməsində maraqlıyıq.

Əmin olduğumu bildirirəm ki, xalqlarımızın və dövlətlərimizin köklü maraqlarına cavab verən Tacikistan-Azərbaycan qarşılıqlı əlaqələrinə ümumi səylərimizlə daha böyük səmərə və dinamizm verə bilərik.

Hörmətli İlham Heydər oğlu, bu xoş fürsətdən istifadə edərək Sizə möhkəm cansağlığı, xoşbəxtlik və ali dövləti fəaliyyətinizdə uğurlar, dost Azərbaycan xalqına sülh, firavanlıq və daha böyük tərəqqi arzu edirəm”.

Babək Cahandarov

Heydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə Azərbaycan
Kaş ki, səni sevməyəydim 1
652021
Kaş ki, səni sevməyəydim 2
652022
Kaş ki, səni sevməyəydim 3
652023
Kaş ki, səni sevməyəydim 4
652025
Kaş ki, səni sevməyəydim 5
652026
Kaş ki, səni sevməyəydim 6
652027
Kaş ki, səni sevməyəydim 7
652028
Kaş ki, səni sevməyəydim 8
652029
Kaş ki, səni sevməyəydim 9
652030
Kaş ki, səni sevməyəydim 10
652031
NəzrinNəzrin
AydanAydan
AyxanAyxan
FərarFərar
BəylərNəzrinin övladı
BecanBecan
BarıBarı
"Kaş ki, səni sevməyəydim"
filminə məşhurların rəyləri.