Mikayıl Cabbarov “son zəng”lə bağlı açıqlama verib
07 iyun, 2017 12:55
“Son zəng” tədbirlərilə bağlı məktəblərə məlumat veriləcək.
1news.az-ın verdiyi xəbərə görə, bunu təhsil naziri Mikayıl Cabbarov jurnalistlərə açıqlamasında bildirib.
Onun sözlərinə görə, son illərdə olduğu kimi “son zəng” tədbirlərinin keçirilməsinə dair bütün zəruri məlumatlar Təhsil Nazirliyi və yerlərdə fəaliyyət göstərən şəhər və rayon təhsil şöbələri tərəfindən məktəblərə təqdim ediləcək.
Qeyd edək ki, bu il Azərbaycan məktəblərində “son zəng” tədbirləri iyunun 14-də baş tutacaq. Bu ildə ümumtəhsil məktəblərində IX sinifi 110 638, XI sinifi 84 088, eləcə də qiyabi (axşam bölməsində) olaraq 723 şagird başa vuracaq.
Tərcümə: S.Xankişiyeva