Paytaxt məktəbliləri Gürcüstanın paytaxtı Tbilisidə keçirilən beynəlxalq turnirdə uğurlu nəticələr əldə ediblər.
1news.az-a Təhsil Nazirliyindən verilən xəbərə görə, kikboksinq idman növü üzrə təşkil olunan Beynəlxalq Açıq Dünya Çempionatında Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyindəki məktəblərdə təhsil alan şagirdlərdən 10-u birinci, 6-sı ikinci, 3-ü üçüncü yerə layiq görülüb.
Yarışda birinci yerə sahib çıxan azərbaycanlı məktəblilərdən 3-ü Ermənistandan, 7-si Gürcüstandan olan həmyaşıdları üzərində qələbə qazanıb.
Turnirdə, həmçinin “Ankara məktəbi” məktəb-liseyinin bir şagirdi ikinci, A.S.Makarenko adına humanitar fənlər təmayüllü respublika gimnaziyasının bir yetirməsi isə üçüncü yerə layiq görülüb.
Qaliblər müvafiq kəmər və diplomla təltif olunublar.
Turnirdə Azərbaycandan 36 məktəbli iştirak edib.
S.Xankişiyeva