İŞİD silahlı hücumun məsuliyyətini öz üzərinə götürdü
07 iyun, 2017 12:11
İŞİD terror qruplaşması İran parlamentinə və Tehranda İmam Xomeyninin məqbərəsinə hücumun məsuliyyətini öz üzərinə götürüb.
1news.az-ın məlumatına görə, bu barədə "Al Arabiya" kanalı məlumat yayıb.
Qeyd edək ki, bir qrup silahlı şəxsin parlament binasına və məqbərəyə hücumu nəticəsində 1 nəfər ölüb, 8 nəfər yaralanıb.
Pərvanə Sultanova