İran terror aktında Səudiyyə Ərəbistanının iştirakı olduğunu bəyan edib
07 iyun, 2017 21:19
İran İslam İnqilabı Keşikçiləri Korpusu bəyan edib ki, Səudiyyə Ərəbistanı Tehrandakı terror hücumunda iştirak edib.
1news.az xəbər verir ki, İran Daxili İşlər Nazirliyi bundan əvvəl Xomeyni məqbərəsinə və parlamentə terrorçuların iki qrupu tərəfindən eyni anda hücum həyata keçirildiyini açıqlamışdı.
Qeyd edək ki, bu gün Tehranda İran parlamentinin binasına və Xomeyninin məqbərəsinə silahlı hücumlar olub. Terror aktları nəticəsində 12 nəfər ölüb, 42 nəfər yaralanıb.
1news.az