Seneqal Qətərdəki səfirini geri çağırıb
07 iyun, 2017 18:44
Seneqal Qətərdəki səfirini geri çağırdığını elan edib.
1news.az xəbər verir ki, bu barədə Seneqal Xarici İşlər Nazirliyi bəyanat verib.
Səfirin məsləhətləşmələr üçün geri çağırıldığı bildirilib.
Xatırladaq ki, Səudiyyə Ərəbistanı, Bəhreyn və BƏƏ, həmçinin Misir Qətəri terror təşkilatlarına və onların bu ərəb ölkələrində daxili vəziyyəti gərginləşdirmək üzrə fəaliyyətlərinə dəstək verməkdə ittiham edərək rəsmi Doha ilə diplomatik əlaqələri kəsdiklərini bəyan ediblər.
Daha sonra bu ölkələrin sırasına Yəmən, Liviya, Maldiv, Mavrikiy və Qəmər adaları da qoşulub.
1news.az