Ötən ay Türkiyədə 5-ci Beynəlxalq Hafizlik və Qurani-Kərimi gözəl oxuma yarışması keçirilib.
1news.az-ın Qafqaz Müsəlmanları İdarəsinə istinadla verdiyi xəbərə görə, yarışmada ölkəmizi Tural Məmmədov və Ruslan Nəsirov təmsil ediblər.
62 ölkə nümayəndələrinin iştirak etdiyi yarışmada Hafizlik bölməsində Ruslan Nəsirov, Qurani-Kərimi gözəl oxuma bölməsində isə Şəki Mərkəzi Cümə Məscidinin Müəzzini Tural Məmmədov çıxış edib.
Yarışmanın nəticələrini elan etmək üçün Ankaranın Cumhuriyyət Külliyəsində may ayının 24-də Turkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın iştirakı ilə mükafatlandırma mərasimi keçirilib. Uğurlu çıxışlarına görə həmvətənlərimiz Türkiyə Diyanət İşləri Başqanı Prof. Dr. Mehmet Görməz tərəfindən şəhadətnamə ilə təltif olunublar.
S.Xankişiyeva

Qonaq kıtabı









Nəzrin
Aydan
Ayxan
Fərar
Nəzrinin övladı
Becan
Barı