2017-ci ilin əvvəlindən Bakı şəhərinin əhalisinin sayı 3700 nəfər və ya 0,2% artaraq aprel ayının 1-nə 2 mln. 249,5 min nəfərə çatıb.
1news.az-a Bakı Statistika İdarəsindən verilən xəbərə görə, əhalinin 49,6%-ini kişilər, 50,4%-ini qadınlar təşkil edib.
Bir kvadrat kilometrə düşən əhalinin sıxlığı 1051 nəfər olub. 2017-ci ilin yanvar-mart aylarında Bakı şəhəri üzrə əhalinin ümumi artımı, əsasən, təbii artım hesabına baş verib.
Cari ilin yanvar-mart ayları ərzində Ədliyyə Nazirliyinin rayon (şəhər) qeydiyyat şöbələri tərəfindən Bakı şəhərində 7336 doğulmuş körpə qeydə alınıb və bu göstərici əhalinin hər min nəfərinə hesabı ilə 13,2 təşkil edib. Doğulanların 92-si əkiz, 1-i isə üçəmdir. Doğulan körpələrin 3846 nəfəri, yəni 52,4%-i oğlan, 3490 nəfəri, yəni 47,6%-i isə qız uşağıdır.
S.Xankişiyeva