Almaniya hökuməti İncirlikdəki qüvvələrini geri çəkir
07 iyun, 2017 14:03
Almaniya hökuməti Türkiyədəki İncirlik hərbi bazasında olan öz qüvvələrini geri çəkmək barədə qərar qəbul edib.
1news.az “Anadolu” agentliyinə istinadla xəbər verir ki, Nazirlər Kabinetinin qərarına əsasən 260 alman əsgəri və "Tornado" təyyarələri bazadan çıxarılacaq.
İŞİD-lə mübarizə çərçivəsində vəzifəsini yerinə yetirən Almaniya qüvvələrinin Alman birliyinin, İordaniyaya ərazisində yerləşdiriləcəyi gözlənilir.
Pərvanə Sultanova