İran parlamentində 4 terrorçu öldürülüb - YENİLƏNİB
07 iyun, 2017 15:03
İran parlamentində terrorçuların zərərsizləşdirilməsi üçün keçirilən əməliyyat başa çatıb.
1news.az-ın APA-ya istinadla verdiyi xəbərə görə, Milli Məclisə hücum edən 4 silahlının hamısı məhv edilib.
Hazırda binada axtarış aparılır.
Əməliyyat başa çatdıqdan sonra İran parlamentinin spikeri ƏLi Laricini hadisə yerinə baxış keçirib.
13.08
İran parlamentinə hücum etmiş silahlı şəxslərdən biri özünü partladıb.
1news.az-ın məlumatına görə, bundan əvvəl təhlükəsizlik orqanlarının əməkdaşları həmin şəxsi mühasirəyə almışdılar.
Qeyd edək ki, bu gün silahlıların parlamentdə atəşə açması nəticəsində 7 nəfər ölüb.
Xomeyninin məqbərəsinə hücum edən şəxslərdən birinin özünü partlatması nəticəsində isə 1 nəfər ölüb, 5 nəfər xəsarət alıb.
Pərvanə Sultanova