Azad Rəhimov Sabirabadda vətəndaşları qəbul edəcək
06 iyun, 2017 20:36
İyunun 7-də gənclər və idman naziri Azad Rəhimov Sabirabad rayonunda vətəndaşları qəbul edəcək
Gənclər və İdman Nazirliyindən 1news.az-a verilən məlumata görə, qəbulda Şirvan, Hacıqabul, Neftçala, Saatlı, Sabirabad, Salyan şəhər və rayon sakinləri iştirak edəcəklər.
Qəbul saat 11:00-da Heydər Əliyev Mərkəzində (Sabirabad şəhəri, Heydər Əliyev prospekti, Heydər Əliyev parkının ərazisi) başlanacaq.
Qəbula gəlmək istəyən vətəndaşlar aşağıdakı rayon(şəhər) gənclər və idman idarələri ilə əlaqə saxlamalıdırlar.
Şirvan: 055-3334004
Hacıqabul: 055-7977696
Neftçala: 050-3204242
Saatlı: 055-2115650
Sabirabad: 050-2068677
Salyan: 055-2006665
Babək Cahandarov