Fransa Körfəz ölkələri arasında yaranmış gərginliyin dialoq yolu ilə aradan qaldırılacağına ümid edir.
1news.az RİA Novosti-yə istinadla xəbər verir ki, bunu Fransa Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Romen Nadal deyib.
“Fransa Körfəz ölkələrini regional inteqrasiyanın inkişafına çağırır. Bu, regional sabitliyin qarantıdır. Biz hazırkı böhranın dialoq yolu ilə həllinin tərəfdarıyıq”, deyə XİN rəsmisi əlavə edib.
O bildirib ki, Fransa terrorçu qruplara qarşı mübarəzinin gücləndirilməsinin tərəfdarı olan ölkələrlə bir sırada qalmaqda davam edir:
"Biz bölgədə böhrana son qoymaq, sülh və əmin-amanlıq, təhlükəsizliyin, sabitliyin bərpası üçün bu dövlətlərlə əməkdaşlığı davam etdirəcəyik".
Onun sözlərinə görə, Fransanın xarici işlər naziri Jan-İv Le Drian Qətər, Misir və Səudiyyə Ərəbistanından olan həmkarları ilə danışıqlar aparacaq.
Pərvanə Sultanova