Xəbərlər

İrandan Azərbaycana tramadol və narkotik maddə keçirilməsinin qarşısı alınıb
06 iyun, 2017 17:16

Biləsuvar Gömrük İdarəsinin “Qoşa Təpə” gömrük postunda İrandan Azərbaycana piyada gələn Azərbaycan vətəndaşının təqdim etdiyi əl yüklərinə baxış keçirilib.

1news.az-ın Daxili İşlər Nazirliyinə istinadən verdiyi xəbərə görə, baxış zamanı əl yüklərinə daxil çantanın içərisində, gömrük nəzarətinə bəyan olunmayan, hər birində 10 həb olmaqla 10 konvalyut - üzərində “T-Doll Tramadol Hydrochloride BP 200 mg Tablets” sözləri yazılmış tramadol adlı dərman preparatı, həmçinin üzərində “baklofen 50 tabletok...” sözləri olan 1 ədəd dərman qutusunda, bir qəbildən olan malları digər şəklə salaraq gömrük nəzarətindən gizlədilmiş, yəni təqdim olunan qutunun üzərində “baklofen 50 tabletok...” göstəricisi olduğu halda 10 ədəd tramadol adlı həb aşkar edilib. Bundan başqa, çantanın astarının altından isə 20 ədəd metadon adlı həb aşkara çıxarılıb.

Aşkar olunan 100 ədəd həbdə tramadolun təsir maddəsinin ümumi miqdarı 20 qram, 10 ədəd həbdə tramadolun təsir maddəsinin ümumi miqdarı 1,5 qram, 20 ədəd həbdə metadonun təsiredici maddəsinin ümumi miqdarı 0,8 qram təşkil edir.

Xatırladaq ki, tramadol “Güclü təsir edən maddələr və onların külli miqdarının Siyahısı”na, metadon isə “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi məhdudlaşdırılan narkotik vasitələr”in II Siyahısına daxildir.

Faktla bağlı araşdırma aparılır.

Babək Cahandarov

Heydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə Azərbaycan
Kaş ki, səni sevməyəydim 1
652021
Kaş ki, səni sevməyəydim 2
652022
Kaş ki, səni sevməyəydim 3
652023
Kaş ki, səni sevməyəydim 4
652025
Kaş ki, səni sevməyəydim 5
652026
Kaş ki, səni sevməyəydim 6
652027
Kaş ki, səni sevməyəydim 7
652028
Kaş ki, səni sevməyəydim 8
652029
Kaş ki, səni sevməyəydim 9
652030
Kaş ki, səni sevməyəydim 10
652031
NəzrinNəzrin
AydanAydan
AyxanAyxan
FərarFərar
BəylərNəzrinin övladı
BecanBecan
BarıBarı
"Kaş ki, səni sevməyəydim"
filminə məşhurların rəyləri.