Moskvada dəhşət: Azərbaycanlı iş adamı diri-diri basdırıldı - VİDEO
06 iyun, 2017 16:39
Moskvada azərbaycanlı iş adamı Hikmət Salayev borcunu qaytarmadığı üçün biznes ortaqları tərəfindən diri-diri basdırılıb.
1news.az life.ru-ya istinadla xəbər verir ki, iş adamından 30 milyon rublu qaytarmaq tələb olunub. O, pulu qaytarmadığı üçün qəbrstanlıqda mobil telefonu ilə birgə basdırılıb.
H.Salayev qəbirdən qardaşı İsmayıl Salayevə zəng edərək kömək istəyib. Qardaşı 1,2 milyon rubl, həmçinin özünün BMW-535 markalı avtomobilini borclu olduqları şəxslərə verdikdən sonra cinayətkarlar onun basdırdığı yer barədə məlumat verib.
İsmayıl Salayev qardaşını məzardan çıxararaq xəstəxanaya aparıb. Onun qabırğası sınıb.
1news.az