Monteneqro NATO-ya üzv qəbul olunub
05 iyun, 2017 21:34
Monteneqro rəsmi olaraq NATO-nun 29-cu üzvü olub.
1news.az-ın APA-ya istinadən verdiyi xəbərə görə, bununla bağlı Vaşinqtonda, ABŞ Dövlət Departamentin binasında xüsusi mərasim keçirilib.
Mərasim çərçivəsində Monteneqronun baş naziri Duşko Markoviç ölkəsinin Şimali Atlantika Alyansına qoşulmasına dair protokolu ABŞ dövlət katibinin müavini Tomas Şennona təqdim edib.
Mərasimdə NATO-nun baş katibi Yens Stoltenberq də iştirak edib.
Babək Cahandarov