İraq prezidentinin köməkçisi İyad Allavi Qətərlə bəzi ərəb ölkələri arasında yaranmış problemin dialoq yolu ilə həllinə çağırış edib.
1news.az “Anadolu” agentliyinə istinadla xəbər verir ki, o, həqiqi bir dialoq konfransına ehtiyac olduğunu əlavə edib.
Körfəzdə yeni böhranın yaşanmasının bölgəni məhv edə biləcəyini deyən İyad Allavi, bunun İraq daxil olmaqla başqa ölkələrə də mənfi təsir edəcəyini bildirib:
“Bu, baş verənlərin Fələstin, İraq, Suriya, Yəmən, Bəhreyn, Livan, Misir və İordaniya məsələsinə də mənfi istiqamətdə təsiretmə təhlükəsi var. Vəziyyətin belə nöqtəyə qədər gəlməsi məntiqsizlikdir".
İraq prezidentinin köməkçisi ərəb liderlərini böhranın mənfi təsirlərini dayandırmaq üçün əməkdaşlığa çağırıb:
"Ərəb həmrəyliyi reallaşmadığı təqdirdə, ərəblərin düşməni olan terrorçu və fürsətçi güclər rahat dayanmayacaq”.
Pərvanə Sultanova