Türkiyənin məşhur müğənnisi azadlıqda
05 iyun, 2017 17:09
2014-ci ildən bu yana Bakırköy qapalı qadın həbsxanada məhbus həyatı yaşayan türkiyəli müğənni Deniz Seki bu gün azadlığa çıxıb.
1news.az “hurriyet”ə istinadla xəbər verir ki, məşhuru həbsxananın çıxışında sevənləri, sənət dostları qarşılayıb.
O, qısa açıqlamasında “sizin üçün çox darıxdım. Çox çətin bir yolçuluq idi. İki gün sonra mətbuat konfransı keçirəcəm. İndi icazənizlə bir az istirahət etmək istəyirəm. Hər birinizə təşəkkür edirəm”, deyib.
İki il yarım həbsdə olan Səki narkotik ticarətində günahlandırılıb. Onun nişanlısı Faruk Salman da həbsxanaya gəlib. Bununla da onların ayrılmalarına dair iddialar özünü doğrultmayıb.
1news.az