Bülənt Arıncın kürəkəni FETÖ işi ilə bağlı saxlanılıb
05 iyun, 2017 16:46
Türkiyə baş nazirinin keçmiş müavini Bülənt Arıncın kürəkəni Əkrəm Yeter tutulub.
1news.az “hurriyet”ə istinadla xəbər verir ki, Ə. Yeter FETÖ üzvlərinə qarşı keçirilən əməliyyat zamanı saxlanılıb.
Ankaradakı evində tutulan Ə. Yeter prokurorluq orqanlarına təhvil verilib.
Arınc bununla bağlı bildirib ki, kürəkəninə hər baxımdan güvənir və hansısa əlaqənin olmadığına əmindir.
Pərvanə Sultanova