Londonda terror aktı qurbanlarının sayı artıb
04 iyun, 2017 13:03
Londonda terror aktları nəticəsində ölənlərin sayı 7 nəfərə çatıb.
1news.az TASS-a istinadən xəbər verir ki, bu barədə London polisi məlumat yayıb.
Terror aktı nəticəsində yaralananların sayı 50-yə çatıb.
Qeyd edək ki, Londonda iyunun 4-də silsilə terror aktları təşkil olunub.
London-Bridc körpüsündə sürücü avtomobili insanların üzərinə sürüb, “Borough Market”də və “Vauxhall” bölgəsində də bıçaqlı hücum olub.
1news.az