Xəbərlər

Bakı aeroportunda qəribə hadisə, sərnişin başqa pasportla DSX-dən keçdi
04 iyun, 2017 18:20

Heydər Əliyev Beynəlxalq Hava Limanında kuryoz hadisə baş verib.

1news.az "Report"a istinadla xəbər verir ki, insident 16:40-da Bakı-Moskva reysi ilə (biznes-klass) uçmalı olan sərnişinin başına gəlib.

Belə ki, o, reys qeydiyyatından keçmək üçün (check-in) AZAL aviaşirkətinin əməkdaşına yaxınlaşaraq pasport və biletini təqdim edib. Minmə talonu və pasportunu alan sərnişin uçuşöncəsi yoxlamadan keçmək üçün Dövlət Sərhəd Xidməti (DSX) əməkdaşlarına yaxınlaşıb. Oradan da keçən şəxs uçuş üçün gözləmə zalına gedib. Burada əyləşərkən isə DSX əməkdaşları sərnişinə yaxınlaşaraq bir yanlışlıq olduğunu, AZAL əməkdaşının ona səhvən Məmməd Məcidli adlı şəxsin pasportunu verdiyi və bu halın onların diqqətindən yayındığını bildirərək üzr istəyiblər. Həmçinin, həmin şəxsin qeydiyyat şöbəsində gözlədiyini qeyd ediblər.

Sərnişin "Report"a minmə talonunu alan zaman aviaşirkət işçisinin geri qaytardığı pasporta baxmadığını və M.Məmməd adlı şəxslə heç bir oxşarlığı olmadığı halda DSX-nın yoxlamasından asanlıqla və maneəsiz keçdiyini bildirib.

Heydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə Azərbaycan
Kaş ki, səni sevməyəydim 1
652021
Kaş ki, səni sevməyəydim 2
652022
Kaş ki, səni sevməyəydim 3
652023
Kaş ki, səni sevməyəydim 4
652025
Kaş ki, səni sevməyəydim 5
652026
Kaş ki, səni sevməyəydim 6
652027
Kaş ki, səni sevməyəydim 7
652028
Kaş ki, səni sevməyəydim 8
652029
Kaş ki, səni sevməyəydim 9
652030
Kaş ki, səni sevməyəydim 10
652031
NəzrinNəzrin
AydanAydan
AyxanAyxan
FərarFərar
BəylərNəzrinin övladı
BecanBecan
BarıBarı
"Kaş ki, səni sevməyəydim"
filminə məşhurların rəyləri.