İyunun 3-də Fövqəladə Hallar Nazirliyinin (FHN) Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Muğan kanalının Saatlı rayonunun, Qaralar kəndi ərazisindən keçən hissəsində (ən yaxınlıqdakı xilasetmə məntəqəsindən 120 km aralı, nəzarətsiz ərazidə)1 nəfərin batması barədə məlumat daxil olub.
1news.az-ın FHN-nin saytına istinadən verdiyi məlumata görə, dərhal nazirliyin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin xilasediciləri hadisə yerinə cəlb olunub və vətəndaşın axtarışlarına başlanılıb.
Bu gün 2007-ci il təvəllüdlü, Fərəcov Etibar Ramin oğlunun cəsədi, ”Salyan” sularda xilasetmə məntəqəsinin xilasediciləri tərəfindən batdığı yerdən 3 kilometr aralıda tapılıb çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.
Əməliyyat saat 12:54-də başa çatıb.
1news.az