Xəbərlər

AMEA-da Tvinninq layihəsi ilə bağlı görüş keçirilib
02 iyun, 2017 12:13

AMEA-nın Rəyasət Heyətində “Ali təhsil sisteminin Avropa ali təhsil məkanının tələblərinə daha da uyğunlaşdırılması məqsədi ilə Azərbaycan Respublikasının Təhsil Nazirliyinə dəstək göstərilməsi” layihəsinin məsul icraçıları ilə görüş keçirilib.

1news.az-a AMEA-nın İctimaiyyətlə Əlaqələr və Elmin Populyarlaşdırılması İdarəsi İctimaiyyətlə əlaqələr şöbəsindən  verilən xəbərə görə, görüşdə qonaqları salamlayan AMEA-nın Elm və Təhsil İdarəsinin rəisi, AMEA-nın müxbir üzvü Əminağa Sadıqov Tvinninq layihəsinin Azərbaycanda təhsilin Bolonya prosesi çərçivəsində Avropa təhsil məkanına inteqrasiyası baxımından böyük əhəmiyyət kəsb etdiyini və AMEA-nın bu layihəyə hərtərəfli dəstək göstərməyə hazır olduğunu bildirib.

O, AMEA-da elm və təhsilin inteqrasiyası, magistratura və doktorantura təhsili ilə bağlı həyata keçirilən islahatlar haqqında geniş məlumat verib. Ə.Sadıqov AMEA-nın bu sahədə əldə etdiyi təcrübəsinin Tvinninq layihəsi üçün əhəmiyyətli ola biləcəyini, gələcəkdə birgə əməkdaşlıq prespektivləri və  bu kimi layihələrdə AMEA-nın da iştirakının məqsədəuyğun olduğunu qeyd edib.

Layihənin Rezident Tvinninq müşaviri Reijo Aholainen görüşdən məmnunluğunu bildirib və layihə çərçivəsində indiyədək görülmüş işlər barədə ətraflı məlumat verib. Müşavir həmçinin AMEA-nın təkliflərinin və  tövsiyələrinin layihə icraçıları üçün böyük maraq kəsb etdiyini qeyd edərək onları maraqlandıran məsələlərlə bağlı məlumat alıb.

Görüşdə Estoniya Respublikasının Ali və Peşə Təhsilində Keyfiyyətin Təminatı üzrə Agentliyini təmsil edən Heli Mattisen çıxış edərək Azərbaycanın yeni qəbul edilmiş, Elm Qanununda təsbit olunmuş “Tədqiqat universiteti” təsisatı ilə bağlı məlumat almaq istədiyini, bu universitetlərin hansı meyar və prinsiplərlə yaradılacağının onlar üçün maraq kəsb etdiyini bildirib.

Finlandiya Respublikasının Təhsilin Qiymətləndirilməsi Mərkəzini təmsil edən Helka Kekalainen Azərbaycanda elmin və təhsilin milli, Avropa və qlobal səviyyələrdə inkişafı ilə bağlı son illərdə həyata keçirilmiş islahatlarla maraqlanıb.

 AMEA-nın müxbir üzvü Əminağa Sadıqov qonaqları maraqlandıran sualların hər biri ilə bağlı ətraflı məlumatlandırdıqdan sonra Azərbaycanın ali təhsil sisteminin Avropa ali təhsil məkanının tələblərinə uyğunlaşdırılması istiqamətində görülən işlər və “Erasmus+” proqramı çərçivəsində həyata keçirilən “Nizami” layihəsi haqqında  danışıb. O, layihə çərçivəsində qarşıya qoyulan məqsədlərə müvafiq olaraq milli standartlara və təlimatlara uyğun  tövsiyələrin hazırlandığını qeyd edib. 

Görüşdə iştirak edən AMEA-nın Riyaziyyat və Mexanika İnstitutunun direktor müavini, AMEA-nın müxbir üzvü Vaqif Quliyev Akademiyanın beynəlxalq elmi əməkdaşlıq imkanlarından, Azərbaycanda və bir neçə xarici ölkədə yüksəkixtisaslı kadrların hazırlanmasında iştirak edən elmi rəhbər kimi şəxsi təcrübəsindən danışıb.

Görüşdə AMEA-nın Elm və Təhsil İdarəsinin Elmi-analitik şöbəsinin rəisi Fail Kazımov, Doktorantura şöbəsinin rəisi, kimya üzrə fəlsəfə doktoru Ömər Gülalov, Magistratura şöbəsinin rəisi, texnika üzrə fəlsəfə doktoru Hüseyn Hüseynov, Rezident Tvinninq müşavirinin Assistenti Aytac Atakişiyeva və digər mütəxəssislər iştirak ediblər.   

S.Xankişiyeva

Heydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə Azərbaycan
Kaş ki, səni sevməyəydim 1
652021
Kaş ki, səni sevməyəydim 2
652022
Kaş ki, səni sevməyəydim 3
652023
Kaş ki, səni sevməyəydim 4
652025
Kaş ki, səni sevməyəydim 5
652026
Kaş ki, səni sevməyəydim 6
652027
Kaş ki, səni sevməyəydim 7
652028
Kaş ki, səni sevməyəydim 8
652029
Kaş ki, səni sevməyəydim 9
652030
Kaş ki, səni sevməyəydim 10
652031
NəzrinNəzrin
AydanAydan
AyxanAyxan
FərarFərar
BəylərNəzrinin övladı
BecanBecan
BarıBarı
"Kaş ki, səni sevməyəydim"
filminə məşhurların rəyləri.