Mehriban Əliyeva Memarlar İttifaqının fəxri üzvü seçilib
02 iyun, 2017 11:40
Azərbaycanın l vitse-prezidenti Mehriban Əliyeva Memarlar İttifaqının fəxri üzvü seçilib.
1news.az-ın APA-ya istinadən verdiyi xəbərə görə, bunu Memarlar İttifaqının sədri Elbəy Qasımzadə Beynəlxalq Memarlar İttifaqının II Region seksiya üzvləri prezidentlərinin müşavirəsində bildirib.
O qeyd edib ki, M. Əliyeva eyni zamanda Azərbaycan memarlıq irsinin qorunub-saxlanılmasında fəaliyyətinə və bu sahəyə verdiyi töhfələrə görə “Akademik Mikayıl Hüseynov” xatirə medalı ilə təltif olunub.
Babək Cahandarov