Şərur Rayon İcra Hakimiyyətinin başçısı dəyişib
01 iyun, 2017 18:44
Prezident İlham Əliyev Kamal Camal oğlu Cəfərovun Naxçıvan Muxtar Respublikasının Şərur Rayon İcra Hakimiyyətinin başçısı təyin edilməsi haqqında sərəncam imzalayıb.
Bu haqda 1news.az dövlət başçısının rəsmi saytına istinadla xəbər verir.
Prezident İlham Əliyevin imzaladığı digər sərəncama əsasən, İbrahim İsmayıl oğlu Məmmədov Naxçıvan Muxtar Respublikasının Şərur Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilib.
S.Xankişiyeva