Hər il olduğu kimi, bu il 1 İyun – Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibəti ilə McDonald’s Azərbaycan şirkəti xeyriyyə tədbiri keçirib.
Builki xeyriyyə tədbiri “Uşaqların Sağlam Gələcəyi” İctimai Birliyinin uşaqlarına kömək və onlara dəstək layihəsi şəklində keçirilib.
McDonald’s restoranlarının müştəriləri tərəfindən yığılmış 11 500 AZN dəyərində ianələrə əlil arabaları, məktəb ləvazimatları, uşaqlar üçün inkişafetdirici vəsaitlər, elektron əşyalar və uşaqlara hədiyyələr alınaraq, “Uşaqların Sağlam Gələcəyi” İctimai Birliyinə hədiyyə edilib.
“Bizi əhatə edən cəmiyyətdə tez-tez rastlaşdığımız xüsusi qayğıya ehtiyacı olan uşaqların yaşamı, problemləri, hər gün qarşılaşdıqları çətinlikləri həll etmək onların gələcək yaşam ümidlərini artırır. Bu uşaqlar sərbəst hərəkət etmək, müəyyən bir işi istədiyi şəkildə görə bilmək arzusu ilə yaşayırlar. Onlara mənəvi dayaq ola biləcək, dəstək verəcək insanlara hədsiz ehtiyac duyurlar.
Bir fikri xüsusilə vurğulamaq istərdim, uşağın qəlbində saxladığı təəssürat, əlində saxladığı hər bir şeydən daha əhəmiyyətlidir. Əlində saxladığını itirə bilər, unuda bilər. Lakin qəlbində saxladıqları hissləri heç vaxt unutmaz, itirməz. Buna görə də xüsusi qayğıya ehtiyacı olan uşaqlarla davranışda xüsusilə həssas olmalıyıq.
Bu uşaqlara qarşı diqqət və qayğı ilə yanaşan, onlardan öz sevgisini əsirgəməyən bütün xeyirxah insanlara və McDonald’s Azərbaycan şirkətinə təşəkkür etmək istəyirəm”, – “Uşaqların Sağlam Gələcəyi” İctimai Birliyinin direktoru Arzu Rüstəmova qeyd edib.
Hər zaman olduğu kimi, McDonald’s şirkətinin fəlsəfəsi çərçivəsində dünya üzrə öncül məqsədlərindən birini uşaqlara dəstək amilidir.
“Kiçik uşaqlarda böyük problemlər olmamalıdır!”, - McDonald’s-ın şuarı bunu bir daha nümayiş etdirir.
McDonald’s Azərbaycan şirkəti 1999-cu ildən bu günə kimi daim ehtiyacı olan uşaqlara və uşaq evlərinin yanında olaraq onlara öz qayğı və məhəbbətini göstərib və hər zaman göstərəcək.
McDonald’s Azərbaycan bir daha öz müştərilərinə bu xeyriyyə tədbirində birgə olduqlarına görə öz dərin minnətdarlığını bildirir.
1 İyun - Uşaqların Müdafiəsi Günü münasibəti ilə McDonald’s Azərbaycan şirkəti bütün uşaqları təbrik edir və hər kəsə gözəl gələcək arzu edir!
Reklam hüququnda