Xəbərlər

Bu marşurutda da gediş haqqı kartla ödənəcək
30 may, 2017 18:46

Bakı Nəqliyyat Agentliyinin tələbinə uyğun olaraq, daha bir marşrut xətti üzrə avtobuslarda gediş haqqının nağdsız - vahid kart sistemi ilə ödənilməsi mümkün olacaq.

1news.az-a Agentlikdən verilən məlumata görə, 01.06.2017 tarixindən 135 nömrəli marşrut xətti üzrə hərəkət edən avtobuslardan istifadə edən sərnişinlər gediş haqqını nağd formada deyil, Bakı Kart sistemi ilə ödəyəcək. Tətbiq edilən yeniliklə bağlı əhalinin vaxtında məlumatlandırılması məqsədilə “Xaliq Faiqoğlu” MMC tərəfindən 135 nömrəli marşrut xətti üzrə hərəkət edən avtobusların daxilində elanlar vurulub.

Vahid kart ödəniş sisteminə keçidlə əlaqədar, artıq 135 nömrəli marşrut xətti üzrə hərəkət edən 23 ədəd avtobusa validatorlar quraşdırılıb. Həmçinin avtobusların salonuna nəzarət etməyə imkan verən videomüşahidə sistemləri yenilənib.

Bununla yanaşı, sərnişinlərin Bakı Kart əldə etməsi, eləcə də kartın balansını artırmasını asanlaşdırmaq məqsədilə marşrut xətti boyunca 6 dayanacaq məntəqəsində MilliÖn terminalları quraşdırılır. Həmçinin dayanacağa Bakı Nəqliyyat Agentliyinin xüsusi məlumat lövhələri vurulur.

Xatırladaq ki, hazırda Bakı şəhərinin inzibati ərazisində fəaliyyət göstərən 17 müntəzəm 1 ekspress marşrut xətti üzrə 450-dən artıq avtobusda gediş haqqı vahid kart ödəniş sistemi ilə həyata keçirilir.

1news.az

 

Heydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə Azərbaycan
Kaş ki, səni sevməyəydim 1
652021
Kaş ki, səni sevməyəydim 2
652022
Kaş ki, səni sevməyəydim 3
652023
Kaş ki, səni sevməyəydim 4
652025
Kaş ki, səni sevməyəydim 5
652026
Kaş ki, səni sevməyəydim 6
652027
Kaş ki, səni sevməyəydim 7
652028
Kaş ki, səni sevməyəydim 8
652029
Kaş ki, səni sevməyəydim 9
652030
Kaş ki, səni sevməyəydim 10
652031
NəzrinNəzrin
AydanAydan
AyxanAyxan
FərarFərar
BəylərNəzrinin övladı
BecanBecan
BarıBarı
"Kaş ki, səni sevməyəydim"
filminə məşhurların rəyləri.