Əfqan Muxtarlı Gürcüstanda saxlanılaraq Azərbaycana gətirilib
30 may, 2017 18:26
Ötən gün Tbilisidə saxlanılan jurnalist Əfqan Muxtarlı Azərbaycana gətirilib.
1news.az Apa-ya istinadla xəbər verir ki, bu barədə vəkil Nemət Kərimli bildirib.
Vəkilin sözlərinə görə, onu Dövlət Sərhəd Xidmətinə gətiriblər, Ə. Muxtarlı sabah məhkəmə qarşısına çıxarılacaq.
Onun hansı səbəbdən saxlanıldığı hələlik məlum deyil.
1news.az