Ağdaşda İcra Hakimiyyətinin köhnə binasından 5 ədəd kondisioner oğurlayan şəxs saxlanılıb
30 may, 2017 18:20
2016-cı ilin dekabr ayında Ağdaş Rayon İcra Hakimiyyətinin (köhnə) inzibati binasından 5 ədəd kondisioner oğurlayan şəxs saxlanılıb.
1news.az-ın Daxili İşlər Nazirliyinə istinadən verdiyi xəbərə görə, Ağdaş RPŞ əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən şəhər sakini Səbuhi Mustafayev tutulub.
Ətrafında aparılan tədbirlərlə onun carı ilin fevral və mart aylarında rayon ərazisindəki 2 evdən 150 manat pul və məişət əşyaları oğurlaması da müəyyən edilib.
Babək Cahandarov