Sərnişin avtobusundan yıxılan şəxs ölüb
29 may, 2017 12:59
Bakıda sərnişin avtobusdan yıxılan şəxs ölüb.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən 1news.az-a verilən məlumata görə, mayın 26-da paytaxtın Nizami rayonu R.Rüstəmov küçəsində Bakı şəhər sakini Cavanşir Məmmədovun idarə etdiyi "Daevoo" markalı 81 saylı xətt avtobusunun sərnişini, paytaxt sakini Cümşüd Haqverdiyev hərəkətdə olan avtobusun açıq qapısından yıxılıb.
Xəstəxanaya yerləşdirilən C.Haqverdiyev mayın 28-də orada ölüb
1news.az