Şri-Lankada daşqınlar nəticəsində ölənlərin sayı artmaqda davam edir. Son məlumata görə, təbii fəlakət qurbanların sayı 164 nəfərə çatıb.
1news.az-ın AZƏRTAC-a istinadən verdiyi xəbərə görə, daha 102 nəfər itkin düşmüş sayılır.
Yerli hakimiyyət orqanlarının məlumatına əsasən, mayın 29-da və 30-da ölkənin mərkəzi və cənub hissələrində sürəti saatda 80 kilometrə çatan güclü külək əsəcəyi, bəzi yerlərdə leysan yağışlar yağacağı gözlənilir.
Xatırladaq ki, Şri-Lankada dağıdıcı daşqınlar səbəbindən 500 min insan evini tərk etməyə məcbur olub. Təbii fəlakətlə mübarizə mərkəzi ümumilikdə 2 minə yaxın evin zərər çəkdiyini və ya tamamilə dağıldığını qeydə alıb.
Şri-Lanka hökuməti BMT-yə və Cənubi Asiya ölkələrinə müraciət edərək təbii fəlakətin nəticələrinin aradan qaldırılmasına kömək istəyib.
Babək Cahandarov