Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentlik (ANAMA) Cəbrayıl rayonunun işğaldan azad edilmiş Cocuq Mərcanlı kəndində apardığı təmizləmə əməliyyatları ilə bağlı yeni məlumat yayıb.
Agentliyin mətbuat xidmətindən 1news.az-a verilən məlumata görə, dünən Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndində gün ərzində 1 168 ədəd qəlpə aşkar edilib, nəticə etibarilə 26 353 kv.m (2.64 ha) ərazi tam təmizlənib, 19 400 kv.m (1.94 ha) ərazi isə xüsusi mexaniki vasitələrlə təmizləmə üçün hazırlanıb (Cəmi: 45 753 kv.m (4.58 ha)).
Cəmi 96 gün ərzində Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndində 151 ev və yeni avtomobil yolunun keçəcəyi əraziyə baxış keçirilib, 107 161 ədəd qəlpə, 71 ədəd partlamamış hərbi sursat (PHS) (5 ədəd 82 mm-lik minaatan mərmi (OF-832), 25 ədəd 82 mm-lik minaatan mərmisinin partladıcı başlığı (M6IÇ), 2 ədəd 120 mm-lik minaatan mərmi (OF-843), 2 ədəd 93 mm-lik tank əleyhinə idarə olunmayan PQ-7VL raketi, 10 ədəd 70 mm-lik tank əleyhinə idarə olunmayan PQ-7VM raketi, 4 ədəd PQ-7 raketinin partlamamış mühərrik hissəsi, 1 ədəd F-1 əl qumbarası, 1 ədəd RQD-5 əl qumbarası, 1 ədəd RQ-42 əl qumbarası, 4 ədəd 23 mm-lik zenit top mərmisi (OFZT), 1 ədəd 100 mm-lik top mərmisi (OF-412), 8 ədəd TM-62P3 minasının gücləndiricisi, 1 ədəd TM-57 minasının gücləndiricisi, 4 ədəd 30 mm-lik silah qumbarası (VOQ-17) 1 ədəd 122 mm-lik top mərmisi (Ş-1) və 1 ədəd Ş-1 top mərmisinin DTM-75 döyüş başlığı), 24 ədəd piyada əleyhinə mina (OZM-72) və 139 ədəd tank əleyhinə mina (31 ədəd TM-57 minası və 108 ədəd TM-57 minasının partladıcısı (MVZ-57)) aşkar olunaraq zərərsizləşdirilib.
İndiyədək aparılan minatəmizləmə əməliyyatları nəticəsində 2 229 508 kv.m (222.95 ha) ərazi tam təmizlənib, 1 206 040 kv.m (120.6 ha) ərazi isə xüsusi mexaniki vasitələrlə təmizləmə üçün hazırlanıb (Cəmi: 3 435 548 kv.m ( 343.55 ha)).
Ərazinin mina və partlamamış hərbi sursatlardan təmizlənməsi əməliyyatı davam etdirilir.
Babək Cahandarov