Yaponiya imperatoru Azərbaycan prezidentinə məktub göndərib
27 may, 2017 16:55
Yaponiya imperatoru Akihito Azərbaycan Prezidenti İlham Əliyevə 28 May-Respublika Günü münasibəti ilə təbrik məktubu göndərib.
1news.az-ın məlumatına görə, təbrik məktubunda deyilir:
“Zati-aliləri, milli bayramınız - Respublika Günü münasibətilə Sizə səmimi təbriklərimi, Zati-alinizə xoşbəxtlik və Azərbaycan xalqına rifah arzularımı çatdırmaqdan böyük məmnunluq hissi duyuram”.
1news.az