Bir sıra ölkələrin liderləri Azərbaycan Prezidentini təbrik ediblər
26 may, 2017 12:12
Kuba Respublikasının Dövlət Şurasının və Nazirlər Şurasının sədri Raul Kastro Rus Azərbaycan Prezidenti İlham Əliyevi 28 May - Respublika Günü münasibəti ilə təbrik edib.
1news.az-ın dövlət başçısının rəsmi saytına istinadla verdiyi xəbərə görə, məktubda deyilir:
“Zati-aliləri,
Sizi Azərbaycanın milli bayramı – Respublika Günü münasibətilə ürəkdən təbrik edir, Zati-alinizə ən xoş arzularımı çatdırıram.
Sizə yüksək hörmət və ehtiramlarımı bildirirəm”.
Bundan əlavə, Azərbaycan Prezidenti İlham Əliyevi 28 May - Respublika Günü münasibəti ilə Çin Xalq Respublikasının Sədri Si Cinpin, Serbiya Respublikasının Prezidenti Tomislav Nikoliç, Efiopiya Federativ Demokratik Respublikasının Prezidenti Mulatu Teşome də da təbrik ediblər.
S.Xankişiyeva

Qonaq kıtabı









Nəzrin
Aydan
Ayxan
Fərar
Nəzrinin övladı
Becan
Barı