Səhər yeməyi hazırlamaq, ailəni işə və bağçaya aparmaq üçün yığmaq, uşaqları məktəbə yola salmaq, işə vaxtında yetişmək və tam olaraq başını işə qatmaq, sonra isə yenidən tıxacla yol gedib uşaqları bağçadan götürmək, mağazaya dəymək, süfrə salmaq və günün sonunu ailəvi gəzinti və yaxud da televizora birgə baxmaqla keçirmək.
Müasir insanların gündəlik görəcəyi işlər siyahısı çox genişdir, ələxsus da əgər adamlar bütün həftə boyu çalışırlarsa. Belə hallarda vaxt qızıl qiyməti ilə ölçülür və ona qənaət etməyə imkan yaradan hər bir yenilik maraq doğurur.
Yeni online mağaza Simpla.az istifadəçilərə öz vaxt və resurslarını daha səmərəli sərf etməyə və birbaşa evə çatdırılma xidməti ilə online alış-veriş etməyə imkan verir. Online mağaza həftənin 7 günü çalışır və sifarişləri qəbul edir. Sifarişi günün istənilən vaxtında vermək olar, çatdırılma isə 08:00 20:00 arası müştərinin qeyd etdiyi müvafiq vaxtda həyata keçilirir.
Simpla.az-in təqdim etdiyi malların çeşidləri daim genişləndirilir və hal-hazırda əsas kateqoriyalara aid bütün məhsullar bu siyahıya daxildir: yuyucu və məişət-kimyəvi vasitələrindən tutmuş qida məhsulları və kosmetikaya qədər. Bütün məhsullar rəsmi distributorlardan alındığı üçün müştərilər onların keyfiyyət və saxlama şəraitinə əmin ola bilərlər.
Sərfəli təkliflər – Simpla.az-i fərqləndirən xüsusiyyətdir. Demək olar ki, hər gün saytda yeni bir sərfəli təklif çıxır ki, bu da alıcılara nəinki ailə üçün ən optimal seçimi etmək, həmçinin də, qənaət etmək imkanı yaradır.
“Simpla.az – evə çatdırılma ilə online alış-veriş etmək üçün rahat vasitədir və məşğul insanların, əsasən də həm ev işlərinə başı qarışan, həm də bütün həftə boyu çalışan analar və qadınların ehtiyaclarından irəli gələrək yaradılıb. Bizim müştərilər üçün ailə dəyərləri ən vacib anlayışdır və onlar hər hansı bir məhsulu alarkən onun keyfiyyəti haqqında düşünür, eləcə də bütün ailənin sağlamlığının qayğısına qalırlar”, - deyə Simpla.az-ın direktoru Leyla Seyidzadə qeyd etdi.
Eyni zamanda, Simpla.az rahat və sərfəli alış-verişdən əlavə ev işlərinin aparılmasında da sizin sadiq köməkçinizdir: saytda evdar qadınlar üçün faydalı məsləhətlər verən və maraqlı məqalələri olan bloq da var.
Hər hansı bir sual yarandığı halda, ələxsus da, ilk dəfə məhsul alan müştərilər *2255 nömrəsinə zəng edərək Simpla.az-in əlaqə mərkəzinə müraciət edə bilərlər.
Daha ətraflı məlumatı aşağıdakı linklərdən əldə edə bilərsiniz:
http://simpla.az/about-us.html ; http://simpla.az/how-to-buy ; http://simpla.az/faq
Reklam hüququnda