“ASAN xidmət” və “ASAN Kommunal” mərkəzlərində 28 may qeyri-iş günüdür
26 may, 2017 10:25
Respublika Günü münasibətilə “ASAN xidmət” və “ASAN Kommunal” mərkəzlərində 28 may qeyri-iş günüdür.
1news.az-a Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyindən verilən xəbərə görə, 29 may tarixindən etibarən isə vətəndaşlar mərkəzlərə müraciət etməklə müvafiq xidmətlərdən yararlana biləcəklər.
Qeyd edək ki, hazırda 11 “ASAN xidmət” mərkəzi fəaliyyət göstərir. Onlardan 5-i paytaxtda olmaqla, digərləri Sumqayıt, Gəncə, Sabirabad, Bərdə, Qəbələ və Masallıdadır.
Bununla yanaşı, Bakı şəhərində əhaliyə kommunal sahədə xidmətlər göstərən 2 “ASAN Kommunal” mərkəzi fəaliyyətdədir.
S.Xankişiyeva