28 May – Respublika Günü münasibətilə Prezident İlham Əliyevə təbrik məktubları gəlməkdə davam edir.
1news.az-ın dövlət başçısının rəsmi saytına istinadən verdiyi xəbərə görə, İsveçrə Konfederasiyasının prezidenti Doris Loythard da dövlət başçımıza təbrik məktubu göndərib. Məktubda deyilir:
“Zati-aliləri, cənab Prezident.
Azərbaycanın milli bayramı – Respublika Gününün qeyd olunması mənə İsveçrə Federal Şurası adından Zati-alinizə səmimi təbriklərimi, ölkənizin inkişafı, həmçinin xalqınızın cansağlığı və rifahı üçün ən xoş arzularımı çatdırmağa gözəl imkan yaradır.
Əminəm ki, ölkələrimiz arasındakı qarşılıqlı inam və dostluq əlaqələri qarşıdan gələn illərdə daha da dərinləşəcəkdir.
Zati-aliləri, ən yüksək ehtiramımı qəbul etməyinizi xahiş edirəm”.
Rusiya Federasiyası Həştərxan vilayətinin qubernatoru Aleksandr Jilkin də dövlət başçımıza təbrik məktubu göndərib.
Respublika Günü münasibətilə Prezident İlham Əliyevi təbrik edən A.Jilkin dövlət başçımıza və Azərbaycanın bütün əhalisinə möhkəm cansağlığı, xoşbəxtlik, firavanlıq və rifah arzu edib.
“Uzun illər boyu bizim regionlarımız arasında qarşılıqlı faydalı dostluq münasibətləri inkişaf edir və möhkəmlənir. Heydər Əliyev Fondu tərəfindən Həştərxanda Azərbaycan Biznes Mərkəzinin inşa edilməsi buna növbəti parlaq sübutdur.
Səmimi qəlbdən ümid edirəm ki, Rusiya Federasiyasının Həştərxan vilayəti ilə Azərbaycan arasında əməkdaşlıq ölkələrimizin xalqlarının rifahı naminə bundan sonra da səmərəli inkişaf edəcək və möhkəmlənəcək”- deyə, məktubda deyilir.
Babək Cahandarov